İnventor Dent MMC
← Bütün Məhsullara Qayıt

Termoplastik akril material

Məhsul Təsviri

İstifadə təlimatı
Tərkibi: Modifikasiya olunmuş PMMA əsaslı elastik akril materialdır. Polimer və monomer şəklində olur. Plastik kütlə monomer və polimerin qarışdırılması ilə əldə edilir.
Xüsusiyyətləri: Otaq temperaturunda qismən sərt, ağız boşluğunda elastik olur. Elastiklik qazanması üçün 3-4 dəqiqə ilıq suda saxlanılmalıdır. Neylona bənzər xüsusiyyətləri var. Neylondan üstün cəhəti - sınıqda və ya yeni dişlər əlavə etmək lazım olduqda bərpa etmək mümkündür və elastikliyini qoruyur, bir halda ki, öz plastik kütləsindən istifadə edilsin. Sonradan restavrasiyası da mümkündür. Neylondan fərqli olaraq hazırlanması üçün xüsusi avadanlıqlara ehtiyac olmur. Hazırlanması çox sadədir və adi akril protezlər kimi hazırlanır.
Hazırlanma qaydası və əlavə tövsiyələr: Küvetə gipsləmə, mumun yuyulması, izokolun çəkilməsi adi akril plastiklərdəki kimidir. Hər 10 qram toz üçün 5-7 ml maye götürülür. Əl ilə 1-2 dəqiqə qarışdırıb, ağzı bağlı qabda 7-10 dəqiqə saxlanılır (mayenin qatılaşma nisbətindən, otaq temperaturundan və s. asılı olaraq vaxt uzana və ya qısala bilər). Hazır kütlə küvetə yerləşdirilir (hazır olub-olmadığını şpatel ilə adi akrillərdəki kimi yoxlamaq olar) və preslənir. 10-12 dəqiqə presdə qaldıqdan sonra polimerizasiya aparılır. Polimerizasiya 25-30 dəqiqə suda qaynadılmalıdır (su qaynara düşdükdən sonra vaxt ölçməyə başlanmalıdır).Cilalama və parıldatma akril plastiklərdəki kimidir.
Diqqət: Soyuma öz tempində olmalıdır (öz isti suyunda yavaş-yavaş), kənar müdaxilə olmadan. Küveti isti halda açmaq olmaz. Tam soyuduqdan sonra açılmalıdır. Süni dişlərin üzərində retensiya nöqtələri (deşiklər və s.) yaradılmalıdır. Doğrudur, plastik süni dişlərlə kimyəvi (monoblok) birləşmə olur, amma retensiya yaratmaq tutuculuq effektini artırır və hər iki tutuculuq birlikdə tətbiq olunduqda daha yaxşı effekt verir. Süni dişlərin (qarnitur) üzərinə dəymiş izokol qalıqlarını yaxşı təmizləmək vacibdir. Polimerizasiya üçün qab və su təmiz olmalıdır. Paslı qablardan və qaynama zamanı bulanıq olan sulardan istifadə etmək olmaz. Həddindən artıq incə etmək olmaz. Müəyyən qalınlıq nisbəti gözlənilməlidir. Həddindən artıq axıcı (duru) plastik kütləni (bu yalnız mayeni həddindən artıq çox qatanda olur və yetərincə gözlədikdə hər şey qaydasına düşür) presləmək olmaz.
İstifadəsinə göstərişlər: Dişli aşağı və yuxarı çənələr: Dento-alveolyar (pelot) qarmaqlarla həm tutuculuq artır, həm də estetikdir. Alveol darağı qabarıq olan çənələrdə: Sərt plastiklər ağız boşluğuna taxıb çıxararkən ya istifadəçiyə əziyyət verir, ya da həmin nahiyəni içəridən yonmaq lazım gəlir ki, bu da protezin stabilizasiya və vakuum yaratma qabiliyyətinə olduqca mənfi təsir göstərir. Bu materialda bu kimi problemlər aradan qalxır. Bundan əlavə, istənilən çənəyə (atrofiya olmuş və ya atrofiya olmamış normal çənələr) istifadə etmək olar, lakin istifadəçi elastikləşmə xüsusiyyətindən istifadə etmir, amma bu material imkan verir ki, sadə akril protez kimi istifadə edilsin.
İstifadəçiyə verilməsi vacib tövsiyələr: Həddindən artıq deformasiyaya yol verməmək: Protezi həddindən artıq əymək, qatlamaq, dartmaq, bükmək və s. olmaz. İstifadədən öncə 60-70°C isti suda 3-4 dəqiqə saxlanıb, sonra ehmalca çənəyə sıxılır və protez yerinə oturdulur.
Protezə soyuq halda təzyiq etməmək: Burada birinci tövsiyəni yadda saxlamaq lazımdır. Hər hansı səbəbdən lazım olandan daha artıq əyildi, sıxıldı, dartıldı və s. hallarda protezi əvvəlki vəziyyətinə qaytarmaq üçün nisbətən isti suya (80-90°C) atmaq lazımdır. Bu halda protez öz ilkin vəziyyətinə qayıdır. Soyuq halda protezə təzyiq etmək olmaz.

Rəsmi idxalçı: İnventor DENT MMC
Əlaqə: +99470 700 74 74
Tiktok: inventor.az
Instagram: inventordent
Web sayt: inventor.az

Əlavə Məlumatlar

Baxış Sayı: 152

Sifariş Sayı: 7

Bəyənmə Sayı: 7

Bəyənməmə Sayı: 1

Əlaqə Telefonu: 070 700 74 74

WhatsApp: 994707007474

Sifariş Et